“Əl-Hilal”ın yarımmüdafiəçisi Sergej Milinkoviç-Saviç karyerasını yenidən Avropada davam etdirə bilər.
90deqiqe.Az-ın məlumatına görə, 30 yaşlı yarımmüdafiəçini Avropa klubları yaxından izləyir. İtaliya “Yuventus”u bu oyunçunun transferinə maraq göstərən klublardan biridir. Turin təmsilçisi futbolçunun agenti ilə də əlaqə saxlayıb.
Transfermarkt portalının ekspertləri Milinkoviç-Saviçin bazar dəyərini 17 milyon avro qiymətləndirirlər.
Serbin müqaviləsi Səudiyyə Ərəbistanı klubunda gələn ilin yayına qədər qüvvədədir və tərəflərin mövcud mövsümün sonunda əməkdaşlığı davam etdirib-etdirməyəcəyi hələ məlum deyil.
Qeyd edək ki, Səudiyyə Ərəbistanına keçməzdən əvvəl Milinkoviç-Saviç İtaliyada 8 il “Latsio” klubunda çıxış edib.