DÇ-2026-nın seçmə mərhələsində keçirilən Azərbaycan - Ukrayna oyunundan (1:1) sonra qonaq komandanın baş məşqçisi Sergey Rebrov jurnalistlərin suallarını cavablandırıb.
Publika.az xəbər verir ki, mütəxəssis media nümayəndələri ilə görüşdə bunları söyləyib.
– Bu gün qələbə qazana bilməməyinizin səbəbi nə idi?
– Heç bir oyunu asan qiymətləndirmirik. Son 10 dəqiqədə rəqib cərimə meydançasında təzyiqi artırdıq. Buna qədər problemlər yaşadıq.
– Azərbaycan yığması sizi nə ilə təəccübləndirdi?
– Komanda olaraq problemlərimiz oldu. Azərbaycan yığması əks-hücumda yaxşı işlədi. Belə meydançada oynamaq çox çətin idi.
– Problemlərə səbəb nədir?
– Ukrayna azarkeşlərindən üzr istəyirəm. Çoxlu zədəlilərimiz var. Dünən də itkilərimiz oldu. Ukrayna müharibə vəziyyətindədir və bir-birimizə dəstək olmalıyıq. Neqativ fikirlər səsləndirmək lazım deyil.