EN

İnsan həyatını tamam dəyişəcək tədqiqat - Sadəcə səs ilə...

Beynəlxalq tədqiqatçılar qrupu müəyyən edib ki, hətta ən sadə ritm belə beynin fəaliyyətini dəyişərək onun şəbəkələrinin qarşılıqlı əlaqəsini yenidən qura bilir.

Alimlər eyni anda müxtəlif tezliklərdə beyin şəbəkələrinin aktivliyini "görməyə" imkan verən yeni analitik alət – FREQ-NESS hazırlayıblar.

BAKU.WS xəbər verir ki, araşdırma "Advanced Science" jurnalında dərc olunub.

Eksperimentdə maqnetoensefaloqrafiya üsulu ilə beyin fəaliyyəti qeydə alınan 29 könüllü iştirak edib. Onlar ya səssiz filmə baxıblar, ya da eyni filmə, lakin təxminən saniyədə iki zərbə ritmində səs tonları müşayiətilə baxıblar.

Məlum olub ki, ritmik stimullaşdırma üç əsas dəyişiklik yaradır:

Eşitmə qabığında stimula uyğun tezliyə dəqiqliklə uyğunlaşan şəbəkələr formalaşır.

Ənənəvi şəbəkələr – məsələn, alfa-ritm – tezlik və yerləşməsini dəyişir: o, görmə qabığından sensor-motor sahəsinə keçir, sanki beyni hərəkətə "hazırlayır".

Yavaş və sürətli ritmlər arasında koordinasiya güclənir: 2,4 Hz tezlikli dalğalanmalar diqqət və yaddaşla əlaqəli sahələrdə 60 Hz-dən yuxarı olan qamma diapazonunun aktivliyini modulyasiya edir.

Beləliklə, hətta sadə səslərin passiv dinlənilməsi zamanı beyin yalnız eşitmə zonasını "işə salmır", bütün qarşılıqlı əlaqə şəbəkəsini yenidən qurur.

"Ritm beyni eyni anda üç ölçüdə dəyişir: sensor şəbəkələri uyğunlaşdırır, daxili dalğalanmaların tezliyini və paylanmasını adaptasiya edir və yavaş və sürətli ritmlər arasında ünsiyyəti gücləndirir", – deyə tədqiqatın müəllifi, "Orhus" Universitetindən Mattia Rosso bildirib.

Chosen
37
1
far.az

2Sources