EN

Bu universitetdə bakalavr qəbulu 10% azaldılıb - RƏSMİ

“2025–2026-cı tədris ili üçün tələbə qəbulu nəticələri Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) yeni Strateji İnkişaf Planı ilə tam uyğunluq təşkil edir”.

 

Modern.az xəbər verir ki, bu məlumatı ADNSU-nun rektoru Rüfət Əzizov sosial şəbəkədəki hesabında paylaşıb. 

 

O qeyd edib ki, bu il bakalavr qəbulu 10% azaldılıb, magistr qəbulu 17% faktiki artıb. İngilis dilində tədris olunan proqramlara qəbul 9% artıb və bu, ümumi qəbulun 21%-ni təşkil edib. Əcnəbi tələbə qəbulu ötən illə müqayisədə 3 dəfə artaraq 203 nəfər oldu:

 

“İngilis dilində tədris olunan proqramlarda orta qəbul balları yüksək olduğu üçün daha çox potensiallı tələbələrin universitetə qəbul olmasını təşviq etdi:

 

 Kimya mühəndisliyi – 638

 

 Neft-qaz mühəndisliyi – 614

 

 İnformasiya təhlükəsizliyi – 605

 

 Data analitikası – 583

 

 Kompüter elmləri – 582

 

 İnformasiya texnologiyaları – 580

 

 Kompüter mühəndisliyi – 554

 

 Sənaye mühəndisliyi – 524

 

 Elektrik-elektronika mühəndisliyi – 496

 

Tədqiqat universiteti olmaq strategiyasına uyğun olaraq gələcək 6-7 ildə BS:MS:PhD tələbə sayını da 60:30:10 nisbətinə çatdırmağa çalışacayıq”.

Chosen
2
4
modern.az

5Sources