EN

Münxendə dünyanın ən böyük sərgilərindən olan “IAA Mobility” avtomobil sərgisi işə başlayıb

Azertag saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Berlin, 9 sentyabr, AZƏRTAC

Münxendə dünyanın ən böyük sərgilərindən olan “IAA Mobility” avtomobil sərgisi işə başlayıb.

AZƏRTAC xəbər verir ki, sentyabrın 14-dək davam edəcək sərgidə 40-dək ölkədən 750-dək şirkət təmsil olunur. Ümumilikdə 350-dən çox yeni model və texnoloji yeniliyin təqdim edildiyi sərgidə əsas diqqət elektrik nəqliyyatı, süni intellekt tətbiqləri, avtonom idarəetmə və davamlı mobillik həllərinə yönəlib.

Sərginin açılışında çıxış edən Almaniya Kansleri Fridrix Merts bildirib ki, avtomobil sənayesi öz dövriyyəsinə görə hələ də ölkənin ən əhəmiyyətli sektorudur. Qeyd edib ki, hazırda avtomobil sənayesində 770 mindən çox insan çalışır. “Bu, yalnız iri markaları deyil, eyni zamanda çoxsaylı orta və kiçik təchizatçı müəssisələri, eləcə də ailə şirkətlərini əhatə edir”, - deyə Kansler əlavə edib.

F.Merts vurğulayıb ki, Almaniyanın gələcəkdə də dünyanın aparıcı avtomobil istehsalçısı və sənaye mərkəzlərindən biri olaraq qalması əsas məqsəddir. Bunun üçün sektorda başverən dəyişikliklərin düzgün istiqamətləndirilməsi vacibdir. Sənayenin əsas vəzifəsi müasir və mümkün qədər iqlimə zərərsiz avtomobil istehsalını formalaşdırmaqdır: “Biz ən yaxşı ideya və texnologiyaların rəqabətini istəyirik”, - deyə Kansler vurğulayıb.

Qeyd edək ki, “Hər şey mobillikdən başlayır” devizi altında keçirilən “IAA MOBILITY 2025” yeni mərhələyə start verir və mobillik, davamlılıq və texnoloji innovasiyalar üzrə qlobal platforma kimi mövqeyini bir daha təsdiqləyir. Sərgi çərçivəsində dörd formatda ən müasir yeniliklər təqdim olunur.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
5
azertag.az

1Sources