EN

Sergey Rebrov Bakıdakı heç-heçəyə görə üzr istədi

Futbol üzrə Ukrayna yığma komandasının baş məşqçisi Sergey Rebrov Azərbaycan millisinə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandalar bu gün dünya çempionatının (DÇ-2026) seçmə mərhələsinin 2-ci turu çərçivəsində Bakıda üz-üzə gəliblər.

Tofiq Bəhramov adına Respublika stadionunda keçirilmiş oyunda qalib müəyyənləşməyib – 1:1. Sergey Rebrov matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Dünən də sizə demişdim ki, heç bir komandanı aşağı qiymətləndirə bilmərik. Bu gün meydança da matçda tam hazır deyildi. Son 10 dəqiqədə cərimə meydançasında hücumlar etdik. Biz epizodları vura bilmədik. Oyunda diqtə edən tərəf biz idik.

Bu gün problem Azərbaycan millisində yox, bizdə idi. Azərbaycan millisi əks-hücumlarda yaxşı oynayırdı. Belə meydançada oynamaq çox çətindir.

Ukraynalı azarkeşlərdən üzr istəyirəm. Biz 1:0 udsaydıq, istənilən halda neqativ oyun olacaqdı. Zədələnən oyunçularımız var. Ukrayna müharibə vəziyyətindədir. Bir-birimizə dəstək olmalıyıq. Heç kim neqativ sözlər səsləndirməməlidir”.

error: Məzmun qorunur!
Chosen
23
5
arena.az

10Sources