EN

Apple iPhone 17 Pro və Pro Max ı təqdim etdi QİYMƏT VİDEO FOTO

Milli.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Apple yeni flaqman smartfonlarını - iPhone 17 Pro və iPhone 17 Pro Max modellərini təqdim edib.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, bu cihazlar, iPhone 17 seriyasının əsas modelləri olan iPhone 17 və tamamilə yeni iPhone Air ilə yanaşı tanıdılıb.

Əsas yeniliklər

Alüminium korpus və yeni dizayn

iPhone 17 Pro seriyası əvvəlki titan gövdədən imtina edərək yenidən alüminium korpusa qayıdır. Ön və arxa tərəf Ceramic Shield ilə qorunur, ön hissədə isə daha davamlı ikinci nəsil örtük tətbiq olunub.

Kamera sistemi - "tam enli kamera platosu"

Arxa kamerada tamamilə yeni dizayn tətbiq olunub. Artıq kamera bloku yalnız linzaları deyil, telefonun bütün enini əhatə edir. Apple bunu "camera plateau" adlandırır.

Hər üç kamera 48 MP sensorla təchiz olunub.

Telefoto kamera əvvəlki 12 MP-dən 48 MP-ə yüksəldilib, sensor sahəsi isə 56% böyüyüb.

8x optik keyfiyyətli zoom dəstəklənir.

Ön kamera isə 18 MP Center Stage sensorla yenilənib.

Ekran və ölçülər

iPhone 17 Pro - 6,3 düym,

iPhone 17 Pro Max - 6,9 düym.

Hər iki modeldə 120 Hz ProMotion dəstəklənir. Bu il ilk dəfə ProMotion texnologiyası əsas iPhone modellərinə də gətirilib.

Çipset - A19 Pro

Yeni nəsil 3nm A19 Pro prosessoru ilə işləyən cihaz, Apple-a görə, "dünyanın ən sürətli smartfon prosessoru"na sahibdir. Çip 6 nüvəli CPU və 5 nüvəli GPU ilə təchiz olunub.

Batareya - indiyədək ən böyüyü

Apple bildirir ki, iPhone 17 Pro modelləri indiyədək ən böyük batareyaya sahib iPhone-dur.

iPhone 17 Pro Max - 39 saata qədər video izləmə,

iPhone 16 Pro Max ilə müqayisədə +6 saatlıq artım.

Qeyd: Yalnız eSIM-lə satılan modellər bu maksimal göstəricini təmin edir. Fiziki SIM-lə olan modellərin batareya ömrü təxminən 2 saat azdır.

Rənglər

iPhone 17 Pro və Pro Max yalnız üç rəngdə təqdim olunur: gümüş, mavi və diqqətçəkən narıncı.

Yeni əməliyyat sistemi - iOS 26

Apple tədbirdə iOS 26-nın yeni interfeysini də vurğulayıb. Liquid Glass adlı dizayn dəyişiklikləri ilə istifadəçi interfeysi daha şəffaf, parlaq və şüşəvari görkəm alıb.

Qiymət və satış tarixi

iPhone 17 Pro - 1.099 ABŞ dollarından (256 GB yaddaş).

iPhone 17 Pro Max - 1.199 ABŞ dollarından (256 GB yaddaş).

İlk dəfə Pro Max versiyası 2 TB-a qədər yaddaş seçimi ilə satışa çıxarılır, qiyməti isə 1.999 ABŞ dolları olacaq.

Ön sifarişlər 12 sentyabrda, satışlar isə 19 sentyabr 2025-dən başlayır.Lalə Qüdrətova

Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
35
1
news.milli.az

2Sources