EN

Tramp: Dohaya endirilən zərbə Yaxın Şərqdə sülhə yol aça bilər

ABŞ prezidenti Donald Tramp hesab edir ki, İsrailin Qətərin paytaxtı Dohaya zərbə endirməsi Yaxın Şərqdə sülhə yol aça bilər.

Teleqraf xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Karolin Levitt brifinqdə bəyan edib.

“Prezident Tramp hesab edir ki, bu uğursuz hadisə sülh üçün fürsət ola bilər”, - Levitt bildirib.

Qətər İsrailin Dohada Həmas siyasi büro üzvlərinə hücumunu pisləyib və hadisə ilə bağlı yüksək səviyyəli araşdırmaya başlayıb.

Chosen
6
1
teleqraf.com

2Sources