EN

İsveçli nazir mətbuat konfransında huşunu itirərək yıxılıb

İsveçin yeni təyin olunmuş səhiyyə naziri Elizabet Lannın halı keçirdiyi ilk mətbuat konfransı zamanı pisləşib...

Oxu.Az bu barədə "Aftonbladet" nəşrinə istinadla xəbər verir.

Məlumata görə, nazir jurnalistlərlə söhbəti zamanı huşunu itirərək yerə yıxılıb. Lann salondan çıxarılıb. Bir neçə dəqiqədən sonra o geri qayıdıb.

"Bu, heç də adi çərşənbə axşamı deyildi, qan şəkərinizin səviyyəsi aşağı düşəndə ​​belə ola bilər", - deyə Lann hadisəni şərh edib.

Poliqon.info

Chosen
48
23
poliqon.info

10Sources