
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Qətərin paytaxtı Doha şəhərinə hücuma münasibət bildirib.
Yeniavaz.com xəbər verir ki, nazirliyin sosial şəbəkə hesabında bu barədə məlumat paylaşılıb.
“Biz regional gərginliyi daha da gücləndirmək riski ilə Qətərə qarşı bugünkü hücumdan dərin narahatıq. Biz Qətərin suverenliyini və ərazi bütövlüyünü dəstəkləyirik və regionda sabitliyi qorumaq üçün diplomatik səylərə üstünlük verməyə çağırırıq”.