Gəncədə avtomobil iki piyadanı vurub. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, şəhər ərazisində 2005-ci il təvəllüdlü X. Əliyeva və 1979-cu il təvəllüdlü P.Zeynalovanı avtomobil vuraraq xəsarət yetirib. Hər iki zərərçəkən xəstəxanaya çatdırılıb, vəziyyətləri kafi qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır.