ain.az, Yeniavaz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Amerikanın “Apple” korporasiyası yeni nəsil smartfonları - “iPhone 17”ni təqdim edib.
Yeniavaz.com xəbər verir ki, dörd smartfonun ənənəvi sırasına tarixdə ən nazik korpusa malik model - “iPhone 17 Air” daxil olub.
Bildirilib ki, telefonun qalınlığı 5,6 mm təşkil edir.
“iPhone 17” smartfonları alüminium və titandan hazırlanır, modeldən asılı olaraq A19 və ya A19Pro prosessoruna malikdir. “iPhone 17”nin diaqonalı 6,3 düym, “iPhone 17 Air” - 6,5 düym, “iPhone 17 Pro” - 6,3 düym, “iPhone 17 Pro Max” - 6,9 düymdür.
Təqdimatda həmçinin “AirPods Pro 3” qulaqlıqları və yeni “Apple Watch”un bir neçə versiyası nümayiş etdirilib.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.