EN

ABŞ rəhbərliyi hücumla bağlı xəbərdarlıq etməyib - Qətərdən təkzib

İsrailin Dohaya zərbələr endirdiyi vaxt Qətər səlahiyyətliləri ABŞ nümayəndəsi ilə əlaqə saxlayıb.  ABŞ rəhbərliyi hücumla bağlı əvvəlcədən xəbərdarlıq etməyib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Qətər Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Məcid əl-Ənsari sosial şəbəkədə bildirib.

O, Qətər rəhbərliyinin İsrailin Fələstinin Həmas hərəkatının Dohadakı nümayəndə heyətinin görüş yerinə zərbə endirmək niyyəti barədə əvvəlcədən xəbərdar edilməsi ilə bağlı yayılan xəbərləri təkzib edib.

Qətər diplomatı qeyd edib ki, “ABŞ rəhbərliyinin nümayəndələrindən biri ilə telefon danışığı Dohada partlayışların səsi eşidildiyi vaxt baş verib, buna səbəb İsrailin zərbələri olub”.

Chosen
19
3
bakivaxti.az

4Sources