EN

Ronaldo rekorda imza atdı

Portuqaliya milli futbol komandasının hücumçusu Kriştiano Ronaldo dünya çempionatının seçmə oyunlarında vurduğu qolların sayına görə rekorda imza atıb.

Ucnoqta.az xəbər verir ki, Ronaldo Macarıstanla səfər oyununda 58-ci dəqiqədə penaltidən qol vuraraq dünya çempionatının seçmə mərhələsində qolların sayını 39-a çatdırıb.

2017-ci ildə karyerasını başa vuran Qvatemala millisinin hücumçusu Karlos Ruiz də eyni sayda qol vurub.

Argentinalı hücumçu Lionel Messi (36) bu göstəricidə Ronaldonun ən yaxın izləyicisidir.

Ronaldonun qolundan sonra hesab 2:1 portuqalların xeyrinə olub.

Chosen
47
ucnoqta.az

1Sources