Almaniyanın "Şalke 04" komandasından "Beşiktaş"la 5 illik müqavilə imzalayan Taylan Bulut 2025-26 mövsümündə komandanın heyətində yerli futbolçu statusunda çıxış etmək hüququ qazanıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, klub bununla bağlı açıqlama yayıb.
Açıqlamada deyilir: "Oyunçumuz Taylan Bulut artıq Türkiyə vətəndaşlığı alıb. Bu o deməkdir ki, o, bu mövsümdən etibarən yerli statusunda oynamağa haqq qazanacaq".
Fərid
MİA.AZ