EN

Hitrou hava limanındakı insidentlə bağlı bir nəfər saxlanılıb

ain.az bildirir, Azertag portalına istinadən.

London, 10 sentyabr, AZƏRTAC

Londonun Hitrou hava limanının 4-cü terminalında sentyabrın 8-də baş verən insidentlə bağlı 57 yaşlı bir nəfər saxlanılıb.

AZƏRTAC “Sky News”a istinadla xəbər verir ki, hadisə zamanı təxminən 20 nəfər sağlamlıq şikayəti ilə müraciət edib və terminaldakılar müvəqqəti olaraq təxliyə olunub. Xüsusi təlim keçmiş polis qüvvələri, London Yanğınsöndürmə Xidməti və təcili tibbi yardım əməkdaşları əraziyə cəlb olunub.

Metropolitan Polisi ərazidə apardığı axtarış zamanı CS qazı (gözyaşardıcı qaz) olduğu ehtimal olunan balon aşkarlayıb. Polis açıqlamasında həmin maddənin insana təsir edərək zərər verdiyini bildirib. Şübhəli şəxs hazırda polis nəzarətindədir.

Hadisənin terrorla bağlı olmadığı qeyd edilib. Təcili tibbi yardım xidməti bir nəfərin xəstəxanaya aparıldığını açıqlayıb.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
11
3
azertag.az

4Sources