EN

Norveç Moldovanın qapısından 11 top keçirdi

2026-cı il dünya çempionatının seçmə mərhələsinin 5-ci turunda Norveç Moldovanı 11:1 hesabı ilə məğlub edib.

Ucnoqta.az xəbər verir ki, qarşılaşma Osloda baş tutub.

Qaliblərin heyətində 11, 36, 43, 52 və 83-cü dəqiqələrdə Erlinq Haaland 5 qol vurub. Norveçin heyətində Feliks Myhre (6), Martin Odegaard (45+1), Thelonious Aasgaard (67, 76, 78, penalti və 90+2) fərqlənib. 74-cü dəqiqədə norveçli müdafiəçi Leo Oestigaard avtoqola imza atıb.

I qrupuna 15 xalla Norveç başçılıq edir və beş görüşdə xal itirməyib. Moldova yığmasının beş oyundan sonra xalları yoxdur və qrupda sonuncu, beşinci pillədə qərarlaşıb. İkinci yerdə italyanlar (9 xal; 4 oyun), ikinci yerdə İsrail (9:5) və Estoniya (3; 5) komandaları qərarlaşıb. Norveçlilər növbəti oyununda oktyabrın 11-də İsrail komandasını, oktyabrın 14-də isə Moldova yığması səfərdə estonlarla qarşılaşacaq.

Chosen
36
ucnoqta.az

1Sources