EN

ABŞ ordusu Ağ EviQətərə hücum barədə məlumatlandırıb

BAKI, 10 sentyabr. TELEQRAF

ABŞ administrasiyası Amerika silahlı qüvvələrindən İsrailin Dohaya yaxınlaşan zərbəsi barədə bildiriş alıb.

Teleqraf xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Kerolin Levitt keçirdiyi brifinqdə deyib .

Ağ Ev nümayəndəsinin sözlərinə görə, hərbçilər planlaşdırılan əməliyyat barədə dərhal administrasiyaya məlumat veriblər.

“Suveren bir xalq və ABŞ-ın yaxın müttəfiqi olan, sülhə nail olmaq üçün bizimlə birlikdə ciddi çalışan və riskə girən Qətəri bombalamaq nə İsrailin, nə də Amerikanın məqsədlərinə uyğun ola bilməz. Bununla belə, Qəzzada yaşayanların səfalətindən qazanc əldə edən HƏMAS-ın məhv edilməsi ali məqsəddir. Prezident Tramp dərhal xüsusi elçi Stiv Uitkofa yaxınlaşan hücum haqqında qətərliləri məlumatlandırmağı tapşırıb. Prezident Qətərə ABŞ-ın güclü müttəfiqi və dostu kimi baxır və bu hücuma görə təəssüf edir”, - deyə mətbuat katibi bildirib.

Qətər Xarici İşlər Nazirliyinin sözçüsü Məcid bin Məhəmməd əl-Ənsari bildirib ki, Qətər İsrailin Dohaya planlaşdırdığı zərbə ilə bağlı əvvəlcədən xəbərdarlıq edilməyib.

Qeyd edək ki, sentyabrın 9-da İsrail ordusu Fələstinin HƏMAS hərəkatının Dohadakı qərargahına aviazərbə endirib. Hücum zamanı binada hərəkat rəhbərliyinin toplantısı olub. İsrailin baş naziri Benyamin Netanyahu HƏMAS liderlərinə qarşı əməliyyata görə bütün məsuliyyəti öz üzərinə götürüb.

Chosen
75
teleqraf.com

1Sources