EN

Pirəkəşküldə 63 yaşlı kişini vuran sürücü tapılmır

Oxu.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Piyadanı vuran avtomobilin sürücüsü 8 gündür ki, gizlənir.

Oxu.Az Xəzər TV-yə istinadən xəbər verir ki, hadisə sentyabrın 1-də Abşeronun Pirəkəşkül kəndi ərazisində baş verib.

63 yaşlı Fitatxan Quliyev ayıq sürücü olaraq müştərini ünvana aparıb. Maşından düşəndən sonra isə onu başqa avtomobil vurub. Hadisəni törədən şəxs həmin gündən sonra zərərçəkmişlə maraqlanmayıb.

Zərərçəkmişin oğlu bildirib ki, atasının müalicəsi üçün yüksək məbləğdə vəsait lazımdır. Hazırda isə onların bu pulu ödəməyə imkanları çatmır.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov bildirib ki, vətəndaşın müraciəti üzrə ərazi polis orqanında araşdırma aparılır.

Ətraflı süjetdə:

Pirəkəşküldə 63 yaşlı kişini vuran sürücü tapılmır

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
44
2
oxu.az

3Sources