EN

İki yaşlı uşağın marağı ailəsi üçün FACİƏYƏ ÇEVRİLDİ

Yekaterinburqda iki yaşlı uşağın marağı ailəsi üçün faciəyə çevrilib.

Paralel.az xəbər verir ki, bu barədə KP mənbəyə istinadla məlumata çevrilib.

Məlumata görə, ana bir neçə dəqiqəlik tualetə getdiyi zaman iki yaşlı oğlunu nəzarətsiz qoyub. Qayıtdıqda isə geri dönməz hadisə baş verib - uşaq yüksək konsentrasiyalı sirkə məhlulunu içib.

“Uşaq qışqırırıb. Ana səsi eşidib geri qayıdanda, onun əlində 70%-lik sirkə şüşəsiolub. Uşaq anasını görən kimi, ağzına işarə edib. O, onu mətbəx şkafından götürübmüş” - deyə mənbə bildirib.

Hadisə yerinə təcili yardım bir neçə dəqiqə ərzində çatıb. Uşaq və anası Yekaterinburq Uşaq Şəhər Klinik Xəstəxanasına aparılıb. Kiçik pasiyent reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər onun həyatını xilas etmək üçün dörd saat mübarizə aparıblar, lakin uşağı xilas etmək mümkün olmayıb.(publika.az)

Chosen
43
5
paralel.az

6Sources