“Fənərbaxça” Aleksandr Ciku ilə yollarını ayırıb.
Sportinfo.az xəbər verir ki, klub mərkəz müdafiəçisinin müqaviləsinin ləğv olunması barədə Türkiyə Futbol Federasiyasına (TFF) məlumat verib.
Ciku karyerasını Rusiya Premyer Liqasında davam etdirəcək. 31 yaşlı futbolçu “Spartak”la anlaşıb.
“Fənərbaxça” Aleksandr Cikunu 2023-cü ilin yayında “Strasburq”dan (Fransa) transfer edib.