BAKI, 10 sentyabr. TELEQRAF
Əlcəzair İsrail ordusunun Dohada Fələstinin HƏMAS hərəkatının siyasi büro üzvlərinə qarşı hücumundan sonra Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasının (TŞ) iclasını çağırıb.
Teleqraf xəbər verir ki, bu barədə adları açıqlanmayan diplomatlar bildiriblər.
Onların sözlərinə görə, Əlcəzair 15 üzvü olan TŞ-nin iclasının çərşənbə günü keçirilməsini tələb edib.