EN

Gecə tərləmək hansı xəstəliklərdən xəbər verir?

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Daimi və kəskin gecə tərləmələri onkoloji xəstəliklər, qalxanabənzər vəzidə problemlər, diabet və narahatlıq pozğunluqlarından xəbər verə bilər".
Oxu.Az xəbər verir ki, bu barədə "Metro"ya müsahibəsində London Universitet Kollecinin terapevti Syuzanna Uayli məlumat verib.
Mütəxəssisin fikrincə, daimi olaraq yaş mələfədə oyanmaq bəzən infeksiyalar və ya qalxanabənzər vəzinin funksiyasının pozulması ilə əlaqələndirilir. Qalxanabənzər vəzinin əsas funksiyası maddələr mübadiləsini, böyüməni və hüceyrə inkişafını tənzimləyən hormonları ifraz etməkdir. Onların konsentrasiyası artdıqda, maddələr mübadiləsi sürətlənir və istilik ifrazı artır.
Gecə tərləmələri həmçinin diabet və limfomanın əlaməti ola bilər. "Limfoma" termini immun sistem hüceyrələrinin (limfositlərin) mutasiyaya uğrayaraq bədxassəli hala gəldiyi bir qrup onkoloji xəstəlikləri ifadə edir. Bu hüceyrələr böyüyür, məhv olmur və nəzarətsiz şəkildə bölünməyə başlayır, nəticədə şiş əmələ gəlir.
Həkim əlavə edib ki, gecə tərləmələri narahatlıq pozğunluqları, obstruktiv yuxu apnoesi sindromu və ya antidepresantlar kimi bəzi dərmanların qəbulu nəticəsində də yarana bilər.
Mütəxəssis onu da qeyd edib ki, qadınlarda gecə tərləmələri tez-tez menopauzanın yaxınlaşmasının əlaməti ola bilər: hormonal dəyişiklik bədən istiliyinin tənzimlənməsinə təsir edir və tərləməni artırır.
Chosen
14
oxu.az

1Sources