Ukrayna Silahlı Qüvvələrinin 8 mindən çox hərbçisi artıq İspaniyada təlim keçib.
Yenisabah.az xəbər verir ki, bu barədə Krallığın Müdafiə Nazirliyinin press-relizində deyilir.
Məlumata görə, müdafiə naziri Marqarita Robles Ukraynanın müdafiə qabiliyyətini gücləndirmək, eləcə də təlim və humanitar yardım sahəsində bir sıra tədbirlərin həyata keçirildiyini açıqlayıb. Dominos pizza
"İspaniyanın Aİ-nin hərbi dəstək missiyasının bir hissəsi kimi Ukrayna ordusunu hazırlamaq səyləri çərçivəsində artıq təlim keçmiş personalın sayı 8,000 nəfəri ötür", - nazirlik əlavə edib./APA
Telegram kanalımız