EN

Riki Martinin keçmiş malikanəsi fantastik qiymətə satılır

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Riki Martinin Beverli Hillsdəki keçmiş malikanəsi 50 milyon dollara satılır.
Oxu.Az xəbər verir ki, bu barədə "Mansion Global" məlumat yayıb.
Təxminən 855 kvadratmetr sahəsi olan, 1956-cı ildə tikilmiş və bu yaxınlarda təmir edilmiş malikanə əvvəlcə 75 milyon dollara satışa çıxarılsa, da sonradan qiymətdə endirim olunub.
Toskana tipli evdə qonaq, 6 yataq, paltardəyişmə, iki vanna otağı və həmçinin terras var. Habelə malikanədə ev kinoteatrı, qonaq evi, hovuz və uşaq meydançası da mövcuddur.
Riki Martindən başqa, əvvəllər evə sahib olan məşhurlar arasında amerikalı aktrisa Doris Day və ingilis aktyor Maykl Keyn də yer alıb.
Chosen
54
1
oxu.az

10Sources