EN

Azərbaycan XİN Dohaya hücuma münasibət bildirdi

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Qətərin paytaxtı Dohaya edilən hücuma dair açıqlama verib.

Qurumun "X" sosial şəbəkəsində yayımlanan bəyanatda bildirilib:

"Biz regional gərginliyi daha da gücləndirmək riski ilə Qətərə qarşı bugünkü hücumdan dərin narahatıq. Biz Qətərin suverenliyini və ərazi bütövlüyünü dəstəkləyirik və regionda sabitliyi qorumaq üçün diplomatik səylərə üstünlük verməyə çağırırıq".

Nazirlik hadisəni pisləyərək, beynəlxalq hüquq prinsiplərinin qorunmasının vacibliyini vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
49
2
olaylar.az

9Sources