EN

İsrail səfiri: Bu dəfə alınmadısa, gələn dəfə alınacaq

BAKI, 10 sentyabr. TELEQRAF

HƏMAS liderlərini hədəfə almaq bu dəfə alınmadısa, gələn dəfə alınacaq.

Teleqraf xəbər verir ki, bu sözləri İsrailin ABŞ-dəki səfiri Yehiel Laiter “Fox News” müxbirinin İsrailin həyata keçirdiyi əməliyyatın uğurlu olub-olmaması ilə bağlı sualını cavablandırarkən bildirib.

O, Dohada Fələstinin HƏMAS hərəkatının siyasi büro üzvlərinə qarşı hücumun atəşkəs və sülh səylərini irəli aparacağına ümid etdiyini bildirib.

Qeyd edək ki, sentyabrın 9-da İsrail ordusu Fələstinin HƏMAS hərəkatının Dohadakı qərargahına aviazərbə endirib. Hücum zamanı binada hərəkat rəhbərliyinin toplantısı olub. İsrailin Baş naziri Binyamin Netanyahu HƏMAS liderlərinə qarşı əməliyyata görə bütün məsuliyyəti öz üzərinə götürüb.

Chosen
6
teleqraf.com

1Sources