EN

iPhone 17 gəlir: Bakıda yenə “qırğın” olacaq FOTO

Modern.az saytına istinadən ain.az xəbər verir.

"Apple" şirkəti "iPhone 17" mobil telefon seriyasını ictimaiyyətə təqdim edib.

Modern.az xəbər verir ki, təqdim olunan modellər arasında "iPhone 17", "iPhone Air", "iPhone Pro" və "iPhone Pro Max" yer alır.

Şirkət yeni cihazların satış qiymətlərini də açıqlayıb:

iPhone 17 – 799 dollar (təxminən 1 350 AZN)

iPhone Air – 999 dollar (təxminən 1700 AZN)

iPhone Pro – 1 099 dollar (təxminən 1 870 AZN)

iPhone Pro Max – 1 199 dollar (təxminən 2 040 AZN)

Qiymətlər ABŞ bazarı üçün nəzərdə tutulub. 

Yeni nəsil "iPhone" modellərinin yaxın həftələrdə digər bazarlarda da satışa çıxarılması gözlənilir. "Apple"ın təqdimatında cihazların texniki göstəriciləri və dizayn yenilikləri barədə ətraflı məlumat verilib.

“iPhone 17” seriyası bütün dünyada olduğu kimi Azərbaycanda da böyük maraqla gözlənilir. ABŞ-da qiymətlər açıqlansa da, yeni modellərin ölkəmizdə nə vaxt satışa çıxarılacağı və rəsmi qiymətləri hələ bəlli deyil. Ancaq əvvəlki təcrübə göstərir ki, Azərbaycanda telefonlar ənənəvi olaraq rəsmi qiymətdən 2-3 dəfə baha satılır.

Bakıda ilk satış günləri adətən xüsusi canlanma ilə yadda qalır. İllərdir müşahidə olunur ki, yeni “iPhone” modelləri satışa çıxarılan kimi mobil telefon mağazaları qarşısında uzun növbələr yaranır. Bu dəfə də istisna olmayacaq, xüsusən də gənclər və texnologiya həvəskarları yenilikləri ilk əldə edənlər sırasında olmaq üçün böyük maraq göstərəcəklər.

Ekspertlərin müşahidələrinə görə, “iPhone 17” seriyası ilə bağlı ilk partiyaların yenə də sürətlə satılması gözlənilir. Ən çox tələbat “iPhone 17 Pro” və “iPhone 17 Pro Max” modellərinə olacaq. Çünki bu modellər kamera, batareya və süni intellekt imkanlarına görə daha güclü funksiyalar təklif edir.

Yüksək qiymətlərə baxmayaraq, Azərbaycanda yeni “iPhone” modellərinin populyarlığı dəyişmir. Bunun əsas səbəblərindən biri də telefonun status simvolu kimi qəbul olunmasıdır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
10
4
modern.az

8Sources