EN

Polşa hava hücumundan müdafiə və aviasiyanı yüksək hazırlıq vəziyyətinə gətirib

ain.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Sentyabrın 10-na keçən gecə Rusiya Ukrayna ərazisində yerləşən hədəflərə növbəti irimiqyaslı zərbələr endirib. Polşanın hava məkanının təhlükəsizliyini təmin etmək üçün Polşa Respublikası Silahlı Qüvvələrinin Əməliyyat Komandanlığının komandanı bütün zəruri prosedurlara başlayıb.

APA xəbər verir ki, bu haqda Polşanın əməliyyat komandanlığının “X” hesabında bildirilir.

"Polşa və müttəfiqlərin təyyarələri hava məkanımızda fəaliyyət göstərir və yerüstü hava hücumundan müdafiə və radar tanıma sistemləri ən yüksək hazırlıq səviyyəsinə çatıb", - məlumatda deyilir.

Məlumatda o da bildirilir ki, bu addımlar profilaktik xarakter daşıyır və xüsusilə risk zonasına bitişik ərazilərdə hava məkanını və vətəndaşları qorumaq məqsədi daşıyır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
36
1
apa.az

2Sources