EN

"Google" süni intellekt rejimini beş yeni dildə istifadəyə verdi

Bakı. Trend:

"Google" axtarışın süni intellekt rejiminin dəstəyini beş yenidilə – hind, yapon, koreya, indoneziya və Braziliya portuqalcasınagenişləndirib.

Trend xəbər verirki, bu barədə "TechCrunch" məlumat yayıb.

Artıq bütün dünyada əlçatan olan funksiya daha dəqiq və faydalıaxtarış üçün yerli kontekst və mədəni xüsusiyyətləri nəzərə alır.Sistem təkmilləşdirilmiş "Gemini 2.5" versiyasından istifadə edirvə multimodal axtarışla yanaşı, məntiqi nəticə çıxarma imkanlarınıda dəstəkləyir.

Bu, süni intellekt rejiminin yalnız ingilis dilində istifadəyəverilməsindən sonra atılmış ilk addımdır. İndi istifadəçilərmürəkkəb sualları ana dillərində ünvanlaya və ətraflı cavab alabiləcəklər.

Xatırladaq ki, süni intellekt rejimi ilk dəfə 2025-ci ilinmartında ABŞ-də sınaqdan keçirilib, daha sonra Böyük Britaniya vəHindistanda istifadəyə verilib. Avqustda isə rejim 180-dən çoxölkədə aktivləşdirilib. Digər dillər üçün dəstək isə yalnız inditətbiq olunub.

Şirkət nümayəndələrinin sözlərinə görə, bu yenilik süniintellektlə axtarışın həm qlobal, həm də lokal əhəmiyyətiniartıracaq.

Chosen
50
5
az.trend.az

8Sources