EN

Emin Mahmudov Azərbaycan millisində tarixi rekorda imza atdı

Bakı. Trend:

Azərbaycan milli komandasının kapitanı Emin Mahmudov Ukrayna iləkeçirilən DÇ-2026-nın seçmə mərhələ oyununda vurduğu qolla tarixirekorda imza atıb.

Trend xəbər verirki, yarımmüdafiəçi millinin heyətində qollarının sayını 15-əçatdıraraq, komandanın ən məhsuldar futbolçusu olub.

Mahmudov bununla da sabiq hücumçu Qurban Qurbanova məxsus 21illik rekordu yeniləyib. “Qarabağ”ın baş məşqçisi 1992-2005-ciillərdə millidə keçirdiyi 68 oyunda 14 qol vurmuşdu. Onun sonuncuqolu 2004-cü ildə Latviya ilə yoldaşlıq görüşündə (2:2) qeydəalınmışdı.

Emin Mahmudov isə 2016-cı ildən çıxış etdiyi Azərbaycanmillisində 56-cı oyununda 15-ci qoluna imza atıb.

Chosen
36
az.trend.az

1Sources