EN

Britaniyalı stomatoloqdan qazlı suyun dişlərimizə zərəri barədə XƏBƏRDARLIQ

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Qazlı su diş sağlamlığına mənfi təsir göstərir".
Oxu.Az xəbər verir ki, bu barədə britaniyalı stomatoloq Ben Atkins "LADBible" nəşrinə müsahibəsində deyib.
Mütəxəssis bildirib ki, qazlı sudan tamamilə imtina edib və xəstələrinə də bunu tövsiyə edir. Stomatoloqun sözlərinə görə, qazlı suyun qabarcıqları karbon turşusunun mənbəyidir və bu, diş minasını zədələyir.
"Karbon turşusu dişləri qoruyucu təbəqədən məhrum edir. Zaman keçdikcə, diş minası zədələnir və dişlər öz keyfiyyətini itirir", - deyə Atkins vurğulayıb.
Chosen
24
3
oxu.az

4Sources