EN

Səhər yeməyindən imtina təhlükəlidir -Dietoloqdan XƏBƏRDARLIQ

Nutrisioloq Natalya Çayevskaya bəzi hallarda səhər yeməyindən imtinanın insan həyatı üçün təhlükəli ola biləcəyini bildirib.

Redaktor.az xəbər verir ki, həkim bunun ağır fəsadları barədə news.ru-ya danışıb.

Mütəxəssisin sözlərinə görə, səhər yeməyi olmadıqda gün ərzində toxluq hissi pozulur, aclıq artır, bu da tez-tez qəlyanaltılara, şirniyyata meyilə və axşam saatlarında həddindən artıq yeməyə səbəb olur. Səhər yeməyindən imtina edən insanlarda həmçinin iş qabiliyyəti və diqqət azalır, depressiya və xroniki yorğunluq riski artır.

Çayevskaya vurğulayıb ki, səhər yeməyinin olmaması vaxtından əvvəl ölüm ehtimalını yüksəldir. Bu isə ürək-damar xəstəlikləri və şəkərli diabet riskinin artması ilə bağlıdır.

Onun sözlərinə görə, sağlam səhər yeməyi yağların yandırılmasına, bel ölçüsünün azalmasına, gün boyu toxluq hissinin saxlanmasına, məhsuldarlığa və yaxşı əhval-ruhiyyəyə səbəb olur.

Aytəkin TOFİQQIZI

Chosen
39
1
redaktor.az

2Sources