EN

Almaniya Ukraynaya Patriot sistemləri göndərib...

Pistorius: Kiyevə iki hava hücumundan müdafiə kompleksi təqdim olunub...

Poliqon xəbər verir ki, Almaniya Ukraynaya iki ədəd Patriot zenit-raket kompleksinin ilk buraxılış qurğularını təhvil verib. Bu barədə Almaniyanın müdafiə naziri Boris Pistorius Ukraynaya yardım üzrə Əlaqə Qrupunun iclasında açıqlama verib.

Nazir həmçinin yeni təşəbbüs elan edərək, “dərin zərbələr” konsepsiyası çərçivəsində Ukrayna sənayesinə uzunmənzilli pilotsuz uçuş aparatlarının alınmasında dəstəyin artırılacağını bildirib. Bu məqsədlə Berlin Ukrayna şirkətləri ilə ümumi dəyəri 300 milyon avro olan müqavilələr imzalayacaq.

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp 14 iyul tarixində Ukraynaya silah tədarükünün yeni mexanizmini təqdim etmişdi. Sxemə əsasən, Avropa ölkələri Kiyevə mövcud ehtiyatlarından komplekslər verəcək, Vaşinqton isə onların əvəzini yeni sistemlərlə təmin edəcək.

Bundan sonra Boris Pistorius bəyan etmişdi ki, Ukraynanın beş Patriot kompleksinə ehtiyacı var. Almaniya isə bu çərçivədə iki kompleksin verilməsinə razılıq verib, şərt isə onların ABŞ tərəfindən əvəzlənməsidir.

Poliqon.info

Chosen
94
poliqon.info

1Sources