BMT Təhlükəsizlik Şurasına sentyabrda sədrlik edən Koreya Respublikasının Daimi Nümayəndəliyi İsrailin Qətərə endirdiyi zərbə ilə bağlı bu qurumun iclasının sentyabrın 10-da keçiriləcəyini təsdiqləyib.
Gündəliyin “Yaxın Şərqdəki vəziyyət” bəndi üzrə görüşün keçirilməsi nəzərdə tutulub.
Təhlükəsizlik Şurasının fövqəladə iclasının keçirilməsini Əlcəzair, Pakistan və Somalinin tələb etdiyi bildirilir.