EN

Tusk: Polşanın hava məkanını çoxsaylı obyektlər pozub

Baş nazir ordunun atəş açdığını, hava limanlarının bağlandığını açıqlayıb...

Poliqon xəbər verir ki, Polşanın baş naziri Donald Tusk ölkənin hava məkanının çoxsaylı “obyektlər” tərəfindən pozulduğunu bəyan edib. O, sosial şəbəkə X-də yaydığı açıqlamada bildirib ki, “ordumuz həmin obyektlərə qarşı silah tətbiq edir” və baş nazir kimi özü prezident və müdafiə naziri ilə daimi əlaqədədir.

Polşa Silahlı Qüvvələrinin Operativ Komandanlığı daha əvvəl bildirmişdi ki, hava məkanının müdafiəsi məqsədilə hərbi aviasiya havaya qaldırılıb, radiolokasiya sistemləri və hava hücumundan müdafiə vasitələri isə ən yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib.

Bundan əlavə, Polşanın “Jeşuv” və “Lublin” hava limanlarının fəaliyyəti “gözlənilməz hərbi aktivlik” səbəbilə məhdudlaşdırılıb. Bu barədə pilotlara göndərilən NOTAM (uçuş heyəti üçün rəsmi xəbərdarlıq) məlumatında qeyd olunub.

Qeyd edək ki, sentyabrın 7-də də Polşa Rusiyanın Ukraynada artan hərbi fəallığı fonunda öz hərbi təyyarələrini havaya qaldırmışdı.

Poliqon.info

Chosen
68
poliqon.info

1Sources