EN

Vens: İsrailin Qətərə hücumunun müsbət tərəfi var

BAKI, 10 sentyabr. TELEQRAF

İsrailin Qətərə hücumunun müsbət tərəfi var.

Teleqraf xəbər verir ki, bunu ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens bildirib.

Vens Trampın bu hücumdan məmnun olmadığını bir daha diqqətə çatdırıb.

Bununla belə, Vens hesab edir ki, hücum nəticəsində “HƏMAS-dan bir neçə nəfər pis adam”ın öldürülməsi müsbət tərəfdir.

"Beləliklə, əsas qərarla razılaşmasaq da, burada müsbət tərəf var, lakin biz girovların evə qayıtması üçün çalışmağa davam edəcəyik; Yaxın Şərqdə müharibəni bitirmək və bölgəyə sülh gətirmək üçün çalışmağa davam edəcəyik", - o əlavə edib.

Chosen
15
teleqraf.com

1Sources