EN

Britaniyalı stomatoloqdan qazlı suyun dişlərimizə zərəri barədə XƏBƏRDARLIQ

"Qazlı su diş sağlamlığına mənfi təsir göstərir".

 

Bu barədə britaniyalı stomatoloq Ben Atkins "LADBible" nəşrinə müsahibəsində deyib.

 

Mütəxəssis bildirib ki, qazlı sudan tamamilə imtina edib və xəstələrinə də bunu tövsiyə edir. Stomatoloqun sözlərinə görə, qazlı suyun qabarcıqları karbon turşusunun mənbəyidir və bu, diş minasını zədələyir.

 

"Karbon turşusu dişləri qoruyucu təbəqədən məhrum edir. Zaman keçdikcə, diş minası zədələnir və dişlər öz keyfiyyətini itirir", - deyə Atkins vurğulayıb.

 

Oxu.az

Tarix: 10 Sentyabr 2025, 08:34   
Chosen
25
3
pravda.az

4Sources