Bakı. Trend:
ABŞ ordusu “MQ-9” pilotsuz uçan aparatının (PUA) proqramınıinkişaf etdirmək məqsədilə 14,1 milyard dollarlıq müqaviləimzalayıb.
Trend xəbər verirki, bu barədə Pentaqon məlumat yayıb.
Müqavilə Kaliforniyadan General Atomics Aeronautical Systemsşirkəti ilə bağlanıb və MQ-9 platformasının inkişafı, satınalması,modernləşdirilməsi, texniki dəstəyi və digər prosesləri əhatə edir.Sənəd həmçinin bu dronların Hindistana, eləcə də potensial digərxarici ölkələrə satışını da nəzərdə tutur və 2031-ci ilin sonunaqədər qüvvədə olacaq.
MQ-9 dronu peyk vasitəsi ilə idarə olunur və müstəqil uçuşlarhəyata keçirə bilir.
ABŞ Hərbi Hava Qüvvələrinin arsenalında hər birinin qiyməti 17milyon dollar olmaqla təxminən 200 ədəd MQ-9 dronu mövcuddur.