EN

Yüksək bal toplayaraq ali məktəblərə qəbul olunmuş gənclərlə görüş keçirilib

Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov Göytəpə şəhərində Vasif Hüseynov adına 2 nömrəli tam orta məktəbin tikintisi, Vüqar Mürsəlov adına 1 nömrəli tam orta məktəbin təmiri və küçələrin asfaltlanması ilə bağlı görülən işlərlə yerində tanış olmuşdur.

Təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, şagirdlər üçün daha əlverişli tədris şəraitinin yaradılması istiqamətində aparılan tədbirlər çərçivəsində Göytəpə şəhərində müasir standartlara cavab verən yeni məktəb binasında son tamamlanma işləri həyata keçirilir və digər məktəbin əsaslı təmiri başa çatmaq üzrədir.

Layihəyə uyğun olaraq, yeni məktəb binası müasir standartlara cavab verən laboratoriyalar, fənn kabinetləri, geniş sinif otaqları, idman meydançası və digər zəruri tədris infrastrukturu ilə təmin olunacaq.

RİH başçısı təmir və tikinti işlərinin gedişi ilə tanışlıq zamanı görülən işlərin keyfiyyəti, tikinti normalarına uyğunluğu, istifadə olunan materialların keyfiyyəti barədə ətraflı məlumat almışdır. Müvafiq tövsiyələrini verən RİH başçısı diqqətə çatdırmışdır ki, təhsilin inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindəndir və məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi daim diqqət mərkəzində saxlanılır. Cəlilabad rayonunda həyata keçirilən bu əhəmiyyətli layihələr, ölkəmizdə təhsilin inkişafına göstərilən dövlət qayğısının və ardıcıl islahatların bariz nümunəsidir.

Həmçinin Göytəpə şəhərinin yol-nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir. Belə ki, Göytəpə şəhəri üzrə 6 küçəyə asfalt örtüyünün salınması üçün hazırlıq işlərinə başlanılmışdır.

Rayon rəhbəri aidiyyəti üzrə əlaqədar şəxslərə işlərin vaxtında və keyfiyyətli görülməsi məqsədilə bir sıra tapşırıq və göstərişlərini vermişdir.

Göytəpə sakinləri görülən işlər və əhaliyə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısı İlham Əliyevə və Birinci-vitse prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişlər. 

"Azərbaycan"

1Sources