EN

TƏCİLİ: Rusiya Polşaya HÜCUM ETDİ: Dörd aeroport bağlandı - Ordu hazır vəziyyətə GƏTİRİLDİ...

Ötən gecə Rusiyaya məxsus pilotsuz təyyarələr kütləvi şəkildə Polşanın hava məkanına daxil olub.

Musavat.com RBC-Ukrayna-ya istinadən xəbər verir ki, hava təhlükəsinin qarşısını almaq üçün aviasiya işə cəlb edilib.

Məlumata görə, gecə təxminən saat 1 radələrində Ukrayna Hərbi Hava Qüvvələri Rusiyanın hücum pilotsuz təyyarələrinin Ukrayna sərhədini keçərək Polşa hava məkanına keçdiyini açıqlayıb. Silahlı Qüvvələrin məlumatına görə, Rusiya pilotsuz təyyarələri Zamosk şəhəri istiqamətində hərəkət edirmiş. Bu şəhər Ukrayna sərhədindən təxminən 60 kilometr aralıda yerləşir.

Həmçinin gecə saatlarında monitorinq kanalları yazıb ki, Rusiyanın daha bir neçə pilotsuz təyyarə qrupu Polşa sərhədini keçə bilərdi – bu prosesdı 10-dan çox "Şahed" iştirak edirdi.

Daha sonra Polşa Silahlı Qüvvələrinin Əməliyyat Komandanlığı Polşanın hava məkanının təhlükəsizliyini təmin etmək üçün hərbi hava qüvvələrinin hərəkətə keçdiyini bildirib. Yerüstü hava hücumundan müdafiə və radar tanıma sistemləri yüksək hazırlıq vəziyyətinə gətirilib.

Bundan əlavə, Flightradar24 xidmətinin məlumatları F-35 döyüş təyyarəsinin də Polşa hava məkanında olduğunu göstərib.

Rusiya pilotsuz təyyarələrinin təhlükəsi səbəbindən Polşada dörd hava limanının hava məkanı bağlanıb. Əvvəlcə bu, Rzeşova aid idi, lakin sonrakı bir neçə saat ərzində Lublin, Varşava və Modlin hava limanları da bağlanıb.

Polşa Silahlı Qüvvələrinin Əməliyyat Komandanlığının məlumatına görə, ən böyük təhlükə altında olan voyevodalıqlar Podlaskie, Mazowieckie və Lublin olub.

Polşa hakimiyyətinin reaksiyası

Polşa müdafiə nazirinin müavini Sezari Tomçik bildirib ki, Polşa üzərində dövlət sərhədini pozan obyektlərin zərərsizləşdirilməsi əməliyyatı davam edir: "Ölkənin səlahiyyətli orqanları, yəni Polşa Respublikasının Prezidenti və Polşa Respublikasının Baş naziri məlumatlandırılıb. Bütün xidmətlər fəaliyyətdədir. Sizdən xahiş edirik ki, Polşa ordusu və polisinin hesabatlarını izləyəsiniz".

Ölkənin baş naziri Donald Tusk bildirib ki, Polşa hərbçiləri hədəflərə qarşı silahdan istifadə ediblər: "Mən əməliyyat komandirindən birbaşa hesabat aldım".

Dünyanın ilkin reaksiyası

ABŞ konqresmeni Coy Vilson Rusiyanı Polşaya müharibə elan etməkdə ittiham edib və Rusiyaya zərbə endirmək üçün Ukraynanı silahla təmin etməyə çağırıb. O, Tramp administrasiyasını dərhal bu cür hərəkətlərə qarşı durmağa səsləyib.

Onun sözlərinə görə, təcili olaraq Rusiya hərbi maşınını məhv etməyə qadir olan sərt sanksiyalar tətbiq etmək və Ukraynanı Rusiyaya zərbə endirməyə imkan verəcək silahlarla təmin etmək lazımdır.

Demokrat senator və ABŞ Senatının Ədliyyə Komitəsinin üzvü Dik Durbin bildirib ki, bu cür hadisələr Putinin Alyansın Polşa və Baltikyanı ölkələri müdafiə etmək əzmini sınadığına dair “aydın xəbərdarlıqdır”: "Putinin Ukraynada törətməkdə davam etdiyi qırğından sonra bu müdaxilələrə göz yummaq olmaz”.

Qeyd edək ki, hazırda Rusiyanın Ukraynaya kütləvi hücumu davam edir. Kiyev də daxil olmaqla bütün ölkə boyu hava həyəcanı siqnalı verilib, müdafiə qüvvələri Kiyevə doğru qanadlı raketlərin hərəkət etdiyini açıqlayıb.

Chosen
24
4
paytaxt.org

9Sources