EN

Payız 2025 in 5 əsas çaları: Qarderobunuza əlavə etməli olduğunuz rənglər (FOTO)

Qaynarinfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Payız mövsümü ilə birlikdə geyim palitrası da dəyişir. Yayın incə pastel çalarlarını əvəz edən daha dərin və enerjili rənglər bu mövsüm qarderobunuzu canlandıracaq. Moda evlərinin təqdimatlarına əsasən, payız-2025 üçün əsasən beş rəng ön plana çıxır.

Qaynarinfo "Glamour"a istinadən xəbər verir ki, podiumlarda xüsusilə bənövşəyi və tünd qəhvəyi çalarlar diqqət çəkib. Onlara canlı yaşıl və balqabaq narıncı tonları da əlavə olunub. Sezona yön verən əsas rənglər bunlardır:

Zəngin bənövşəyi

Üzüm, gavalı və ya şərab tonları — hansını seçməyinizdən asılı olmayaraq, bu payız dərin bənövşəyi əsas trenddir. "Tibi", "Lanvin" və "Dries Van Noten" tam tonal dəstlər təqdim edib, "Gucci", "Zankov" və "Miu Miu" isə aksessuarlarda bu rəngi vurğulayıb.

Ot yaşılı

Ənənəvi olaraq yaz-yayla assosiasiya olunsa da, bu dəfə ot yaşılı payız geyimlərinə daxil edilib. "Bally", "Prada" və "Saint Laurent" müxtəlif variantlarını nümayiş etdirib. Mütəxəssislər bu rəngi şifon, kaşmir və zamşa kimi teksturalarla sınamağı məsləhət görür.

Dumanlı boz

Zərif və yumşaq boz bu mövsüm dəbdədir. Ofis geyimlərindən idman dəstlərinə qədər hər üsluba uyğun gəlir və tamamilə boz kombinasiyalar zərif görünüş yaradır.

Şokolad qəhvəyisi

Ən sadə geyimləri belə bahalı göstərən rəngdir. "Hermès" və "Fendi" kolleksiyalarında geniş yer alıb. Tünd qəhvəyi ilə qara birlikdə olduqda zövqlü təsir bağışlayır.

Payız narıncısı

Balqabaq mövsümünə uyğun olaraq, parlaq narıncı podiumlarda öz yerini tutub. "Ashlyn", "Acne Studios", "Christopher John Rogers" və "Saint Laurent" kolleksiyalarında bu çalar enerji qatıb. Həddindən artıq "Hellouin” effekti yaratmamaq üçün onu bordo, qəhvəyi və ya çəhrayı ilə kombinləmək tövsiyə olunur.

Aydın

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
8
qaynarinfo.az

1Sources