EN

Dövlət satınalmaları 57 faiz, kotirovka sorğusu üzrə satınalmalar 2 dəfədən çox artıb

Ötən il Azərbaycan üzrə 19 602 satınalma proseduru baş tutub ki, bu da 2023-cü illə müqayisədə 57 % çoxdur. 

Bu barədə Hesablama Palatasının bülletenində bildirilir.

Məlumata görə, bunun da 49,9 %-i və ya 9 781-i bir mənbədən, 50,1 %-i və ya 9 821-i isə müsabiqə əsaslı həyata keçirilib.

Hesabat dövründə satınalmaların ümumi məbləği isə 9 milyard 845 milyon manat təşkil edib ki, bu da müvafiq olaraq 30,5 % çoxdur. Satınalmaların ümumi məbləğinə görə bölgüsü isə 5 milyard 355 milyon manatı və ya 54,4 %-i bir mənbədən, 4 milyard 490 milyon manatı və ya 45,6 %-i isə müsabiqə əsaslı olub.

2024-cü ildə Azərbaycanda açıq tender üzrə həyata keçirilən satınalmaların həcmi illik müqayisədə 16,8 % artaraq  4 milyard 275,5 milyon manat olub. Məlumata görə, bu üsul ilə 3 688 satınalma baş tutub.

Hesabat dövründə kotirovka sorğusu metodu ilə 125,4 milyon manat satınalma həyata keçirilib ki, bu da, illik müqayisədə 2,1 dəfə çoxdur. Bu metod üzrə 6 113 satınalma baş tutub.

Hər bir baş tutmuş satınalmanın orta məbləği açıq tender metodu üzrə 1 milyon 158,4 min manat (əvvəlki illə müqayisədə 344,1 min manat artım olub), kotirovka sorğusu metodu üzrə 20,5 min manat (0,1 min manat azalma), bir mənbədən satınalma metodu üzrə isə 547,4 min manat (64,8 min manat azalma).

İş axtarmaq heç vaxt bu qədər həyəcanlı olmayıb! Hər gün yeni vakansiyalar, maaşı yüksək, etibarlı elanlar - AzVak.az-da. İndi bax, fürsəti qaçırma!

satınalma tender açıq tender kotirovka sorğusu bir mənbədən satınalma Hesablama Palatası satınalma prosedurları müsabiqə əsaslı satınalma dövlət satınalmaları Azərbaycan iqtisadiyyatı büdcə vəsaitləri satınalma məbləği 2024 satınalmaları dövlət xərcləri iqtisadi artım satınalma statistikası
Chosen
18
2
marja.az

3Sources