Bu sözləri İsrailin ABŞ-dəki səfiri Yexiel Leyter "Fox News" telekanalına müsahibəsində dilə gətirib. O, İsrail Hərbi Hava Qüvvələrinin aviazərbəsindən danışıb. Jurnalistin "hücum uğurlu alındımı?" sualına maraqlı cavab verib.
"Bu dəfə alınmasa idi, növbəti dəfə mütləq alınacaqdı",– səfir deyib.
Xatırladaq ki, dünən İsrail Hərbi Hava qüvvələri Qətərin paytaxtı Dohada Fələstinin iranyönümlü HƏMAS terror təşkilatının bir sıra ali liderinin toplaşdığı nöqtəyə aviazərbə endirib. Hücumun nəticələri hələlik aydın deyil. Bir sıra dünya lideri, o cümlədən ABŞ Prezidenti Donald Tramp İsrailin bu gözlənilməz hücumunu pisləyib.
Firudin Həmidli
AzVision.az