EN

Musiqi və incəsənət məktəblərinə qeydiyyat uzadılıb

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən musiqi, incəsənət məktəb və mərkəzlərinə I və VIII siniflər üzrə qəbul imtahanlarının nəticələri ilə bağlı sənədlərin qəbulu və qeydiyyat müddəti 12 sentyabr saat 18:00-dək uzadılıb.

Bu barədə "Unikal"a Mədəniyyət Nazirliyindən məlumat verilib 

Qeyd olunub ki, namizədlər tələb olunan sənədləri “MyCulture” şəxsi kabineti üzərindən sistemə yükləməklə qəbulunu təsdiqləyə bilərlər.

Chosen
75
4
unikal.az

10Sources