EN

"Nifrətə nifrətlə cavab verməməliyik" -

“Quran”ı yandırması ilə gündəmə gələn Elxan Nəbiyev vəfat edib. Metbuat.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan məlumata görə, uzun müddətdir onkoloji xəstəlikdən əziyyət çəkdiyi Elxan Nəbiyevin həyatına qəsd etdiyi vurğulanıb. Baş verən bu tip hadisələrə millət vəkili Ceyhun Məmmədov bildirib ki, Qurani-Kərimin yandırılması kimi təxribat xarakterli addımlar hər birimizin qəlbini sarsıtdı. “Unutmayaq ki, Qurani-Kərim milyonlarla müsəlman üçün müqəddəs dəyərdir və bu cür hərəkətlər cəmiyyətlər arasında nifaq salmaq məqsədi daşıyır. Ona görə də belə məqamlarda hər kəsin daha diqqətli, daha məsuliyyətli olması vacibdir. Bizim mövqeyimiz Qurani-Kərimin müqəddəsliyini qorumaq, eyni zamanda insanlıq dəyərlərinə sadiq qalmaqdır. Heç bir təhqir, nifrət və ya bir insanın həyatını itirməsinə sevinmək bizə yaraşmaz. Çünki biz böyük bir mədəniyyətin, mərhəmət və ədalət dəyərlərini yaşadan xalqın övladlarıyıq”.

Millət vəkili qeyd edib ki, belə hallarda nifrətə nifrətlə cavab vermək əvəzinə səbir və ədalətli mövqeyi nümayiş etdirmək lazımdır. Bu, həm özümüzə, həm də gələcək nəsillərə borcumuzdur.

Chosen
25
2
metbuat.az

3Sources