EN

Yeni yaradılan şirkətin kapitalının mühüm hissəsi geri çəkilir

Azərbaycanda anbar şirkəti “Beyləqan Anbar” MMC nizamnamə kapitalını 33 faizdən yuxarı azaldır.

Banker.az xəbər verir ki, şirkətin nizamnamə kapitalının 1 milyon manat azaldılaraq 2 milyon manat müəyyən edildiyi elan edilir.

“Beyləqan Anbar” MMC-nin debitor və kreditorları bu barədə xəbərdar edilir. Qanunla kreditorların nizamnamə kapitalı azalan hüquqi şəxsin öhdəliklərinin xitam verilməsini və vaxtından əvvəl icra olunmasını və zərərin əvəzinin ödənilməsini tələb etmək hüquqlarının olması bildirilir.

Şirkət Beyləqan rayonunun Şəfəq qəsəbəsində fəaliyyətdədir. Şirkət 2025-ci ilin fevralında təsis edilmişdi.

Chosen
12
banker.az

1Sources