EN

Monteneqronun nümayəndə heyəti ilə pensiya təminatı sahəsində müzakirələr aparılıb

ain.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 10 sentyabr, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Monteneqronun sosial rifah, ailə qayğısı və demoqrafiya nazirinin müavini Mersida Alyiceviçin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş olub.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, görüş nümayəndə heyətinin “Azərbaycan Respublikası Hökuməti ilə Monteneqro Hökuməti arasında pensiya təminatı sahəsində Saziş” layihəsi ilə bağlı müzakirələrin aparılması məqsədilə ölkəmizə səfəri çərçivəsində keçirilib.

Nazir müavini Rəşad Mustafayev Azərbaycan və Monteneqro arasındakı əlaqələrin dostluq və əməkdaşlıq ruhunda inkişaf etdiyini, ikitərəfli əlaqələrin sosial sahəni də əhatə etdiyini bildirib.

Son illər ölkəmizdə pensiya sahəsində aparılan islahatlar barədə məlumat verilib, pensiya təyinatının elektronlaşdırılması diqqətə çatdırılıb.

Pensiya təminatı sahəsində Monteneqronun təcrübəsi öyrənilib, əməkdaşlığın gələcəkdə də uğurla davam etdirilməsi imkanları müzakirə olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
4
5
azertag.az

6Sources