2026-cı təsərrüfat ilində çəltik əkinlərinin hər hektarına görə fermerlərə 380 manat dövlət dəstəyi veriləcək.
Kənd Təsərrüfatı Nazirliyindən Operativ Media-ya verilən məlumata görə, 2026-cı il iyunun 1-dən avqustun 31-dək aparılacaq təkrar çətlik əkinlərinə görə isə fermerlərə 120 manat subsidiya verilməsi nəzərdə tutulur.
Bu bitki üzrə subsidiya yalnız Ağdaş, Ağsu, Astara, Biləsuvar, Göyçay, Lənkəran, Masallı, Salyan, Samux, Ucar, Yevlax, Şəki və Zərdab rayonlarında aparılan çəltik əkinlərinə görə ödəniləcək.