EN

Rusiya dronları Polşada yaşayış binasına və avtomobilə ziyan vurub

Apa.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Rusiyaya məxsus pilotsuz uçuş aparatları (PUA) Polşanın Lyublin vilayətinin Vırıki kəndində yaşayış binasının üzərinə və avtomobilə ziyan vurub.

APA xəbər verir ki, bu barədə “PolsatNews” məlumat yayıb.

Qeyd edək ki, Rusiyanın Ukraynaya hücumu zamanı Polşanın hava məkanı dronlar tərəfindən dəfələrlə pozulub.

Polşa qırıcı təyyarələrinin ölkənin hava məkanını pozan ən azı 4 pilotsuz təyyarəni vurduğu bildirilir.

Polşanın hava məkanına naməlum obyektlərin daxil olması səbəbilə Varşava və Rzeşov şəhərlərində hava limanları bağlanıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
58
3
apa.az

4Sources